Modern.az

Gürcüstanda yeni səhiyyə naziri təyin olunub

Gürcüstanda yeni səhiyyə naziri təyin olunub

Dünya

11 Mart 2024, 10:54

Gürcüstanın səhiyyə naziri parlamentin İnsan Haqları Komitəsinin sədri Mixail Sarjveladze olub.

 

Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bununla bağlı baş nazir İrakli Kobaxidze danışıb.

 

“Son bir həftə ərzində səhiyyə naziri postuna namizədin seçilməsi ilə bağlı məsləhətləşmələr aparmışam, suallardan biri də yeni nazirin tibb sahəsindən olması ilə bağlı olub.

 

Həm siyasi komandada, həm də tibb sahəsinin nümayəndələri arasında fikir bərabər bölündü. Nəticədə, təcrübəyə əsaslanan, peşəkarlığına və dürüstlüyünə əmin olduğum siyasi komandamızın üzvünə üstünlük verdim”, - deyə baş nazir İrakli Kobaxidze bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat