Modern.az

\"Əl-Qaidə\"nin Yəmən qolunun lideri öldü

\

11 Mart 2024, 10:57

"Əl-Qaidə"nin Yəmən qolunun lideri Xalid əl-Batarfi ölüb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə terror qruplaşması açıqlama yayıb.

 

Onun ölüm səbəbi açıqlanmayıb.

 

Əl-Batarfi "Əl-Qaidə"nin Ərəbistan yarımadasında fəaliyyət göstərən qoluna rəhbərlik edib. AQAP qısaltması ilə tanınan qrup "Əl-Qaidə"nin hələ də fəaliyyət göstərən ən təhlükəli qolu hesab olunurdu.

 

Xalid əl-Batarfi Ərəbistan yarımadasındakı "Əl-Qaidə" qruplaşmasına illərlə rəhbərlik etdiyinə görə ABŞ hökuməti onun başına 5 milyon dollar mükafat qoymuşdu.

 

"Əl-Qaidə" əl-Batarfinin kəfənə və "Əl-Qaidə"nin ağ-qara bayrağına büründüyünü göstərən video yayımlayıb.

 

Onun üzündə heç bir travma izi görünməyib. Əl-Batarfinin 40 yaşlarında olduğu güman edilirdi.

 

Açıqlamada Saad bin Atef əl-Avlakinin qrupun yeni lideri olacağı qeyd olunub.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat