Modern.az

Almaniya və Aİ səfirləri Gürcüstan XİN-ə çağırıldı

Almaniya və Aİ səfirləri Gürcüstan XİN-ə çağırıldı

Dünya

11 Mart 2024, 15:34

Avropa İttifaqı (Aİ) və Almaniya səfirləri Gürcüstan XİN-ə çağırılıblar.

Modern.az xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Diplomatlara respublikada cinayət işləri üzrə qiyabi məhkum olunmuş keçmiş ədliyyə naziri Zurab Adeişvilinin Ukrayna nümayəndə heyətinin tərkibində Berlin və Brüsselə səfərindən narahatlıq ifadə olunub.

Bildirilir ki, Aİ-nin Gürcüstandakı səfiri Pavel Qerçinski və Almaniyanın Gürcüstandakı səfiri Peter Fişer ilə görüş keçirilib. Onlara Gürcüstan məhkəməsi tərəfindən cinayətkar kimi tanınan və axtarışda olan Zurab Adeişvilinin Aİ və Almaniyaya səfərlərində iştirakı ilə əlaqədar gürcü tərəfinin narahatlığı rəsmi şəkildə çatdırılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi