Ermənistanın baş naziri Nikol Paşinyan ümid edir ki, Avropa İttifaqı ölkə ilə güclü və dərin münasibətləri əks etdirən qərarlar qəbul edəcək.
Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Paşinyan bu barədə keçirdiyi mətbuat konfransında danışıb.
O, belə bir həll yolunun viza liberallaşdırılması prosesinə başlamaq, Ermənistan malları üçün liberal rejimin təmin edilməsi, təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsi, Aİ missiyasının imkanlarının genişləndirilməsi və avropalı müşahidəçilərin mandatının daha 2 il müddətə uzadılması ola biləcəyini sadalayıb.
Hazırda missiya müddəti 2025-ci ilə qədərdir.
"Yəni, bizim geniş gündəliyimiz var və onu dərinləşdirməyə hazırıq", - deyə Ermənistanın baş naziri Aİ-yə üzvlük üçün mümkün müraciətlə bağlı sualı cavablandırarkən bildirib.