Modern.az

Paşinyan Rusiyaya vaxt qoydu - Növbədənkənar seçki olmayacaq

Paşinyan Rusiyaya vaxt qoydu - Növbədənkənar seçki olmayacaq

12 Mart 2024, 14:32

Ermənistan sərhədçiləri avqustun 1-dən Zvarnots hava limanında xidmətə başlayacaq.

 

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında danışıb.

 

“Biz sadəcə olaraq belə bir qərar verdiyimizi bildirdik və səhv etmirəmsə, son tarix 1 avqust 2024-cü il idi”, - o qeyd edib.

 

Ermənistanın baş naziri məsələni siyasi və ya geosiyasi yox, işçi məsələ hesab etdiyini vurğulayıb.

 

Həmçinin seçkilər barədə məsələyə aydınlıq gətirən Paşinyan bəyan edib ki, Ermənistanda növbədənkənar seçkilərin keçirilməsinə ehtiyac görmür.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat