Modern.az

Rusiyada İl-76 təyyarəsi qəzaya uğrayıb - VİDEO

Rusiyada İl-76 təyyarəsi qəzaya uğrayıb - VİDEO

12 Mart 2024, 15:40

Rusiyanın İvanovo vilayətində Şimal aerodromunun yaxınlığında İl-76 hərbi-nəqliyyat təyyarəsi qəzaya uğrayıb,

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

 

Təyyarədə 8 ekipaj üzvü və 7 sərnişin olub. Onların taleyi barədə məlumat verilmir.


Nazirliyin məlumatına görə, təyyarə planlı uçuş üçün havaya qalxarkən alışıb. Fəlakətə səbəb mühərriklərdən birinin yanması olub. Rusiya Aerokosmik Qüvvələrinin baş komandanlığından ibarət komissiya İvanovo aerodromuna uçub.

 

Təyyarə İvanovo ətrafında yerləşən Şimal aerodromunun yaxınlığında qəzaya uğrayıb.

 

 

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat