Modern.az

Separatçıların Ermənistanı tərk etməsinə qadağa qoyuldu - Dindirilməyə çağırılırlar

Separatçıların Ermənistanı tərk etməsinə qadağa qoyuldu - Dindirilməyə çağırılırlar

13 Mart 2024, 09:32

Qarabağdakı keçmiş qondarma qurumun nümayəndələrinin Ermənistanı tərk etməsinə icazə verilmir.

 

Modern.az-ın məlumatına görə, bu barədə "Joğovurd" nəşrində dərc edilən məqalədə deyilir.

 

Bildirilir ki, qondarma qurumun "deputat"ı Qeğam Stepanyan bir neçə gün əvvəl Ermənistanı tərk etmək istəyib, lakin o, “Zvartnots” hava limanından geri qaytarılıb. Buna səbəb konkret cinayət işi ilə bağlıdır.

 

Qəzet yazır ki, separatçı "deputatlar" bir-bir Ermənistan İstintaq Komitəsində sorğu-sual edilir. Onlara Qarabağda antiterror əməliyyatından əvvəl baş verən hadisələr, Arayik Harutyunyanın istefa səbəbləri barədə suallar verilir.

 

Bir neçə gün əvvəl separatçı qurumun "deputatı" Arayik Arutyunyanın da oxşar mövzuda dindirildiyi qeyd olunur.

 

Qeyd edək ki, Azərbaycan ordusunun həyata keçirdiyi antiterror əməliyyatından sonra qondarma "Artsax"ın özünü buraxması barədə "fərman" imzalanıb. Bir müddət əvvəl Samvel Şahramanyan özünün 28 sentyabr 2023-cü il tarixli “fərman”ını ləğv edib.

 

O, sözügedən “fərman”ın ləğvi barədə “qərar”ı 2023-cü il dekabrın 10-da imzalayııb və bir nüsxəsini Ermənistanın baş naziri Nikol Paşinyana göndərib.

 

Rəsmi İrəvan artıq Samvel Şahramanyana qeyri-ciddi fiqur kimi yanaşır, onun "hərəkətlər"inə ciddi reaksiya vermir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat