Modern.az

Rusiyanın irəliləməsi dayandırılıb - Zelenski

Rusiyanın irəliləməsi dayandırılıb - Zelenski

13 Mart 2024, 00:18

Son 3 ayda cəbhədəki vəziyyət yaxşılaşıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski fransız jurnalistlərə müsahibəsində deyib.

 

“Rusiyanın irəliləməsi dayandırılıb”, - deyə Zelenski bildirib.

 

O, şərqdəki vəziyyət barədə danışarkən qeyd edib ki, bir sıra problemlərin olmasına baxmayaraq, Ukrayna Silahlı Qüvvələri Rusiya aviasiyasına qarşı yaxşı işləyib və vəziyyəti bərabərləşdirib.

 

O, həmçinin əlavə edib ki, Ukraynanın Qara dənizdəki əməliyyatı davam edir, nəticələr var, lakin detalları açıqlamayıb.

 

"Biz realist olmalıyıq və başa düşməliyik ki, Rusiyanın irəliləməsi indi dayandırılsa da, sabah və ya bir həftə, ya bir ay sonra onların əlavə bir milyon artilleriyası ola bilər”, - Zelenski qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat