Modern.az

Ruslar yaşayış binasını vurdu, çoxlu sayda ölən və yaralı var

Ruslar yaşayış binasını vurdu, çoxlu sayda ölən və yaralı var

13 Mart 2024, 00:51

Martın 12-də Ukraynanın Krivoy Roq şəhərində hündürmərtəbəli binanın raketlə vurulması nəticəsində dinc sakinlər arasında həlak olanlar var.

 

Modern.az xəbər verir ki, Ukraynanın daxili işlər naziri İqor Klimenko ölən mülki şəxslərin sayının azı 3 nəfər olduğunu, 38 nəfərin isə yaralandığını deyib.

 

“3 ölü, 38 yaralı var. Xəsarət alan uşaqlar var. Lakin bu rəqəmlər yekun deyil, çünki axtarış-xilasetmə işləri davam edir", - deyə nazir bildirib.

 

Dnepropetrovsk vilayət Hərbi Administrasiyasının rəhbəri Sergey Lısakının verdiyi məlumata görə, xəsarət alanlardan artıq 7-si uşaqdır.

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat