Modern.az

Mixail Zıqara iş açıldı - Həbsi istənilir

Mixail Zıqara iş açıldı - Həbsi istənilir

Dünya

13 Mart 2024, 12:36

Rusiyada xarici agentlərin reyestrinə daxil edilmiş jurnalist, Putinin tənqidçisi kimi tanınan Mixail Zıqara qarşı ordu haqqında saxta məlumat yaymaq iddiası ilə iş açılıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Baza" məlumat yayıb.

 

İş martın 12-də Moskvanın Cənub İnzibati Dairəsi üzrə İstintaq İdarəsində açılıb. Müstəntiqlərin fikrincə, 2022-ci il iyunun 27-də Zıqar şəxsi "Vkontakte" səhifəsində Buçada baş verən hadisələrlə bağlı - Rusiya Silahlı Qüvvələrinin hərəkətləri haqqında "bilərəkdən yalan məlumatla" yazı dərc edib.

 

Jurnalisti 5 ildən on ilədək həbs gözləyir. Hazırda Zıqar ölkə xaricindədir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat