Modern.az

Avropa İttifaqı Misirə 7.4 milyard avro AYIRIR

Avropa İttifaqı Misirə 7.4 milyard avro AYIRIR

13 Mart 2024, 17:20

Avropa İttifaqı Misirə iqtisadiyyatı gücləndirmək üçün 7.4 milyard avro ayırır.

 

Modern.az xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.

 

Britaniya qəzeti yazır ki, Qəzza zolağı və Sudanda münaqişələrin bu ölkədə maliyyə problemlərini pisləşdirə və Avropaya miqrasiya təzyiqini artıra biləcəyi qorxusu fonunda Avropa İttifaqı Misirə iqtisadiyyatını gücləndirmək üçün qrant və kreditlər şəklində yardım etməyə hazırdır.

 

Avropa Komissiyasının sədri Ursula fon der Leyen tərəfindən martın 17-də Yunanıstan, İtaliya və Belçikanın baş nazirləri ilə birlikdə Qahirəyə birgə səfəri zamanı imzalanacaq saziş olacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat