Modern.az

Ermənistan-İran sərhədindəki məntəqədə təmir işləri GEDİR

Ermənistan-İran sərhədindəki məntəqədə təmir işləri GEDİR

13 Mart 2024, 17:32

"Ermənistan-İran sərhədində yerləşən Mehri keçid məntəqəsinin modernləşdirilməsi və yenidən qurulması üzrə işlər adi qaydada davam edir".

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu podratçı “Tana Energy Management” şirkətinin direktoru Behzad Eslahçı Ermənistanın Dövlət Gəlirləri Komitəsinə bildirib.

 

Qeyd edək ki, Ermənistan-İran sərhədindəki Meqri sərhəd-keçid məntəqəsinin modernləşdirilməsi 2026-cı ilə qədər davam edəcək.

 

"Nəticədə orada beynəlxalq standartlara cavab verən müasir nəzarət-buraxılış məntəqəsi yaranacaq. Xüsusən də yük və minik avtomobillərinin rentgen müayinəsi üçün bina və platformalar tikiləcək", - Ermənistanın Dövlət Gəlirləri Komitəsindən bildirilib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat