Modern.az

Gürcüstanda PARTLAYIŞ

Gürcüstanda PARTLAYIŞ

Dünya

14 Mart 2024, 10:28

Gürcüstanın paytaxtı Tiflisin Samtredia küçəsində partlayış baş verib.

 

Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, yaşayış binasının birinci mərtəbələrinə və yaxınlıqdakı avtomobillərə ziyan dəyib.

 

Hündürmərtəbəli binanın sakinləri təxliyə edilib. Ümumilikdə 93 ailə hadisədən təsirlənib.

 

"İlkin baxışa görə, səbəb təbii qaz sızmasıdır. Partlayış binanın birinci mərtəbəsində, ticarət obyektində baş verib. İçəridə sakinlər olmayıb, xəsarət alan olmayıb", - deyə məlumat verilib.

 

Tiflis meriyası orada yaşayan ailələri mənzillə təmin edəcəyini bildirib. Onların hamısı müvəqqəti olaraq hotellərdə yerləşdirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat