Modern.az

"AvtoVAZ" təhlükəsizlik yastıqları olan avtomobil istehsalına başlayıb

Dünya

14 Mart 2024, 10:54

"AvtoVAZ" yenidən sürücü və ön sərnişin üçün təhlükəsizlik yastıqları olan "Lada Granta" istehsalına başlayıb.

 

Modern.az "Kommersant"a istinadən xəbər verir ki, 2023-cü ilin sonu və 2024-cü ilin əvvəlində yastıqsız "Vesta" və "Granta" modelləri məhdud sayda buraxılıb.

 

"AvtoVAZ"ın mətbuat xidmətindən RİA-ya verilən məlumata görə, sürücü üçün təhlükəsizlik yastıqları fevraldan, ön sərnişin üçün isə martın əvvəlindən quraşdırılıb.

 

Fevralın əvvəlində şirkət yeni təchizatçıya keçib, əvvəlki xarici tərəfdaş sanksiyalara görə məhsul göndərməkdən imtina edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat