Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Parlamentinin İrəvana Aİ-yə üzv olmaq üçün namizəd statusunun verilməsinin mümkünlüyü ilə bağlı qətnaməsindən danışıb.
Modern.az "Sputnik"ə istinadən xəbər verir ki, Paşinyan bununla bağlı ictimai müzakirələrin aparılmasını vacib sayıb.
"Qətnamə Ermənistanın gələcəyini müəyyən etmək üçün geniş ictimai müzakirələrin mövzusuna çevrilməlidir", - Ermənistan baş naziri söyləyib.