Modern.az

İrəvanda Hindistan-Ermənistan biznes forumu işə başlayıb

İrəvanda Hindistan-Ermənistan biznes forumu işə başlayıb

Dünya

14 Mart 2024, 12:44

İrəvanda dünən “Hindistan-Ermənistan: biznes üfüqlərinin birləşdirilməsi” biznes forumu işə başlayıb.

 

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, forum Hindistanın Ermənistandakı səfirliyi tərəfindən təşkil edilib.

 

Məlumata görə, tədbirin məqsədi investisiya imkanlarını araşdırmaq, ikitərəfli ticarəti stimullaşdırmaq və yüksək texnologiyalar, iqtisadiyyat, kosmik texnologiya və turizm də daxil olmaqla əsas sektorlarda strateji tərəfdaşlıq qurmaqdır.

 

Qeyd olunub ki, iştirakçılar bərpa olunan enerji sahəsində əməkdaşlıq, ticarət mexanizmləri, mədəniyyət və turizm mübadiləsinin təşviqi, şəbəkələşmə imkanları üzrə müzakirələr aparıblar. Forumda Hindistanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Nilakşi Saha Sinha, siyasətçilər və iş adamları iştirak ediblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat