Modern.az

700 kiloqram at və eşşək əti ələ keçdi - Kolbasa hazırlayırmışlar...

700 kiloqram at və eşşək əti ələ keçdi - Kolbasa hazırlayırmışlar...

15 Mart 2024, 10:37

Türkiyənin Sakarya vilayətinin Hendek rayonunda saxlanılan yük avtomobilində 700 kiloqram at və eşşək əti ələ keçirilib.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ətlər Adanadan İstanbula aparılırmış.

 

Nəqliyyat vasitəsinə baxış zamanı 700 kiloqram at və eşşək əti götürülüb. Saxlanılan 3 şübhəli şəxs barəsində məhkəmə və inzibati işlərə başlanılıb. Araşdırmalar nəticəsində at və eşşək ətindən İstanbulda kolbasa hazırlanıb bazara çıxarıldıqdan sonra Düzceyə aparılacağı müəyyənləşib.

 

Bazara çıxarılmadan əvvəl ələ keçirilən 700 kiloqram ət götürülən nümunələrin müayinəsindən sonra məhv edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi