“Əgər bu, mədəni bolşevizm deyilsə, onun nə adlandığını bilmirəm”.
Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bunu ölkə prezidenti Salome Zurabişvili Acarıstandan olan ansamblın Orbeliani sarayında çıxışına icazə verilməməsi ilə bağlı deyib.
Onun sözlərinə görə, “Pesvebi” folklor ansamblı Tifilisə gedərkən geri dönməli olub və sənətçilərə konsertin qadağan olunduğu bildirilib.
Zurabişvili konkret adlar çəkməyib, belə göstərişin haradan gəldiyini və bunun nə demək olduğunu düşünməyə dəvət edib.
Martın 14-də prezident öz iqamətgahında Acarıstan dağ folkloruna həsr olunmuş gecə keçirib. Orbeliani sarayında keçirilən bütün digər tədbirlərdə olduğu kimi, orada da hakim “Gürcü Arzusu” Partiyasının nümayəndələri görünməyib.