Modern.az

Gürcüstanda xristian və müsəlman icması arasında gərginlik - Namaza qoymadılar

Gürcüstanda xristian və müsəlman icması arasında gərginlik - Namaza qoymadılar

15 Mart 2024, 11:24

Bütün Gürcüstan Müsəlmanları İdarəsi Adigen qəsəbəsində yaşayan dindarları cümə namazı zamanı böyük yığıncaqlardan çəkinməyə çağırıb.

 

Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, Adigeni Gürcüstanın cənubundakı Samtsxe-Cavaxeti bölgəsində yerləşən qəsəbə və bələdiyyə mərkəzidir.

 

Bir həftə əvvəl burada qarşıdurma olub: yerli pravoslav keşişinin başçılığı ilə bir qrup sakin yerli müsəlman həmkəndlilərinin cümə namazı qılmasına mane olub. Toplaşanlar bəyan ediblər ki, onların kəndində və Gürcüstanda müsəlmanlara yer yoxdur.

 

"Biz ruhani qardaşlarımıza müraciət edərək, cümə günü Adıgeni kəndində Cümə namazı üçün kütləvi toplaşmaqdan çəkinməyə çağırırıq. Danışıqlarda iştirak edən tərəflər yaxın günlərdə ümumi razılığa gəlməyə çalışırlar", - Müsəlman İdarəsi bildirib.

 

Qeyd olunub ki, hökumət münaqişənin həllində iştirak edir və problemin həllinin yeganə yolu dialoqdur.

 

"Adigenidə baş verən dramatik hadisələr burada və regionda ümumi iğtişaşlara səbəb olub. Dini zəmində mübahisələr və dözümsüzlük ölkəmizdə çoxəsrlik tolerantlıq ənənələrinə ziddir... Biz hər hansı bir tərəfin adı altında münaqişə yaradılmasını qəbuledilməz hesab edirik. Dindən uzaqlaşır və ondan öz məqsədləri üçün istifadə edirlər, çünki belə ehtiyatsız addımlar Gürcüstanda insanların sülh şəraitində birgə yaşayışını təhlükə altına qoya bilər”, - bəyanatda deyilir.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi