Bekzot Mavlonov Özbəkistan prezidenti Şavkat Mirziyoyevin hüquq ekspertizası və hərtərəfli təhlil məsələləri üzrə müşaviri vəzifəsinə təyin edilib.
Modern.az "Kun.uz"a istinadən xəbər verir ki, bu barədə Mirziyoyev sərəncam imzalayıb.
Dövlət başçısının mətbuat xidmətinin məlumatına görə, təyinatla əlaqədar Mavlonov Özbəkistan Respublikası Prezidentinin Administrasiyasının Hüquq ekspertizası və hərtərəfli təhlil şöbəsinin müdiri vəzifəsindən azad edilib.
Bekzot Mavlonov karyerası ərzində hüquq-mühafizə orqanlarında vəzifələr tutub, həmçinin Özbəkistan Baş prokurorunun müavini vəzifəsində çalışıb.