"KTMT tərəfdaşlarının Cənubi Qafqazda öz məsuliyyət sahəsini necə təmsil etdikləri hələ də aydın deyil".
Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, Ermənistan XİN rəhbəri Ararat Mirzoyan bunu parlamentdə deyib.
"Ermənistan tərəfi üçün suallar var. Bu suallara cavab verilmədiyi halda müəyyən şəkildə iştirakımızı dondurmuşuq", - o bildirib.
Bundan əvvəl baş nazir Nikol Paşinyan da dondurulma ilə bağlı danışmışdı.