Modern.az

Qərbdən Rusiyadakı seçkilərə REAKSİYALAR

Qərbdən Rusiyadakı seçkilərə REAKSİYALAR

Dünya

15 Mart 2024, 15:24

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Rusiya prezidenti Vladimir Putini seçkilərdəki qələbəsi münasibətilə “təbrik edib”.

 

Modern.az xəbər verir ki, Mişel Rusiya prezident seçkiləri ilə bağlı paylaşımında yazıb:

 

"Bu gün başlayacaq seçkilərdə Vladimir Putini qələbə münasibətilə təbrik etmək istərdim. Müxalifət yoxdur. Azadlıq yoxdur. Seçim yoxdur".

 

Avropa İttifaqı və NATO-dan olan digər siyasətçilər də seçkilərə şübhə ilə yanaşıblar. Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borelin sözçüsü bildirib ki, müasir Rusiyada azad, ədalətli və demokratik səsverməni təsəvvür etmək çətindir.

 

NATO-nun baş katibi Yens Stoltenberq isə daha sərt danışıb: "Rusiyada seçkilər azad və ədalətli olmayacaq. Biz bilirik ki, müxalifət siyasətçiləri həbsdədir, digərləri öldürülüb, bir çoxu isə mühacirətdədir".

 

Xatırladaq ki, prezident seçkiləri bu gün başlayıb və martın 17-dək davam edəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi