Fransanın Marsel şəhərində “Nemezis” əməliyyatının təşəbbüskarlarından olan erməni terrorçusu Soğomon Teyleryanın abidəsinin açılışı olub.
Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bundan əvvəl - 2017-ci ildə Marseldə onun adına meydan açılıb.
Qeyd edək ki, "Nemezis" əməliyyatı Daşnaksütun Partiyası tərəfindən planlaşdırılmış, təşkil olunmuş və bilavasitə icra edilmiş silsilə qətllərdən ibarət olan əməliyyatdır. 1920 və 1922-ci illərdə həyata keçirilib. Əməliyyatın adı yunan mifologiyasında qisas tanrısının adından götürülüb. "Nemezis" sözü də yunancadan "intiqam", "qisas" kimi tərcümə olunur. Əməliyyatın hədəfində Osmanlı imperatorluğunun son illərində hakimiyyətdə olan İttihad və Tərəqqi Firqəsinin olimpində təmsil olunan dövlət xadimləri və Azərbaycan Xalq Cümhuriyyətinin qurucu liderləri olub.