Modern.az

Kobaxidzenin Azərbaycana səfər PROQRAMI

Kobaxidzenin Azərbaycana səfər PROQRAMI

Dünya

15 Mart 2024, 22:49

Gürcüstanın Baş naziri İrakli Kobaxidze sabah, fevralın 16-da Azərbaycana rəsmi səfərə gələcək.

 

Modern.az xəbər verir ki, bu barədə Baş nazirin mətbuat xidməti məlumat yayıb.

 

Kobaxidze Prezident İlham Əliyev tərəfindən qəbul ediləcək.

 

Məlumata görə, təkbətək və geniş tərkibdə keçiriləcək görüşlərdən sonra liderlərin mətbuata birgə bəyanatı olacaq.

 

Qeyd olunub ki, rəsmi səfər çərçivəsində İrakli Kobaxidze Baş nazir Əli Əsədovla da görüşəcək.

 

Gürcüstan nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin məzarını, həmçinin Şəhidlər xiyabanını ziyarət edəcək.

 

Kobaxidzeni onun birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, həmçinin xarici işlər naziri İliya Darçiaşvili müşayiət edəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat