Modern.az

30 gürcüstanlı girov götürüldü - 90 min tələb edilir

30 gürcüstanlı girov götürüldü - 90 min tələb edilir

Dünya

17 Mart 2024, 00:51

Meksikada narkotik karteli 30 Gürcüstan vətəndaşını qaçırıb.

 

Modern.az xəbər verir ki, bu barədə Gürcüstanın "Mtavari Arxi" telekanalı anonim mənbələrə istinadən məlumat yayıb.

 

Cinayətkar təşkilat 90 min dollar fidyə tələb edir. Girov götürülənlər arasında uşaqlar da var.

 

Telekanal bildirir ki, əsir götürülən Gürcüstan vətəndaşları Meksikadan ABŞ-a sərhədi keçməyə cəhd ediblər. Məlumata görə, kartelin tələb etdiyi məbləğin yarısı artıq ödənilib.

 

Kartelin ümumilikdə 90 əcnəbini girov götürdüyü bildirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat