Modern.az

Əfqanıstanda yol qəzası - 21 ölü

Əfqanıstanda yol qəzası - 21 ölü

17 Mart 2024, 15:26

Əfqanıstanın cənubundakı Hilmend əyalətində avtobus, yanacaqdaşıyan maşın və motosiklin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində 21 nəfər ölüb, 38 nəfər yaralanıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə əyalətin nümayəndəsi Məhəmməd Qasım Riyaz bildirib.

 

Qəza ölkənin cənubundakı Qəndəharla qərbindəki Herat əyaləti arasındakı əsas magistral yolda baş verib. Bildirilib ki, motosiklet avtobusa, daha sonra isə yolun qarşı tərəfindəki yanacaqdaşıyana çırpılıb.

 

Hilmend polisinin sözçüsü Hzatullah Haqqani açıqlayıb ki, zərərçəkənlər ağır xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?