Modern.az

Ukrayna ikinci və üçüncü müdafiə xəttinə çəkilir

Ukrayna ikinci və üçüncü müdafiə xəttinə çəkilir

Dünya

17 Mart 2024, 19:05

Donbasda Ukrayna ordusunun sursatları tükənir.

 

Modern.az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

 

O əlavə edib ki, Ukrayna ordusu ikinci və üçüncü müdafiə xəttinə çəkilir.

 

“Baxın, vaxt daralır... Onların Donbasda sursatları tükənmək üzrədir və ruslar qərbə doğru irəliləməyə davam edərkən ikinci və üçüncü müdafiə xəttinə qayıdırlar. Onların dəstəyə ehtiyacı var və indi də lazımdır”, - Kirbi ABC telekanalında müsahibəsində bildirib.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi