Modern.az

Baş nazir postunu tərk etdi

Baş nazir postunu tərk etdi

Dünya

20 Mart 2024, 17:25

İrlandiyanın baş naziri Leo Varadkar istefa verdiyini bəyan edib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Leo Varadkar hökumətin yeni başçısı seçilənə qədər vəzifəsində qalacaq.

O, həm də hakim “Fine Gel” partiyasının lideri postundan gedib.

Varadkar bu qərarı "həm şəxsi, həm də siyasi" səbəblərə görə verdiyini söyləyib. Baş nazir hər hansı “konkret şəxsi və ya siyasi planların” olmadığını deyib, lakin əlavə edib ki, o, öz dairəsindən deputat kimi qalacaq.

İrlandiyanın “Fine Gel” partiyasının lideri Leo Varadkar 2022-ci ilin dekabrında ikinci dəfə baş nazir seçilib. Bundan əvvəl 45 yaşlı siyasətçi 2017-2020-ci illərdə İrlandiya hökumətinə rəhbərlik edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat