Modern.az

Şolts Rusiyanın gücünü şişirtməməyə çağırdı

Şolts Rusiyanın gücünü şişirtməməyə çağırdı

Dünya

21 Mart 2024, 17:04

Almaniya kansleri Olaf Şolts Rusiyanın gücünü çox da şişirtməməyə çağırıb.

Modern.az xəbər verir ki, Almaniya KİV-i kanselrdən sitat gətirib:

“Rusiya indi insanların düşündüyü qədər güclü deyil. Hərbi baxımdan Rusiyanın Ukraynadakı müharibəsi şübhəsiz ki, qəddardır, lakin daxildə Rusiyanın repressiv sistemi zəiflik əlamətlərini göstərir. Avropa İttifaqının Rusiyaya qarşı Ukraynaya birləşməsi və yorulmadan dəstək verməsi daha vacibdir”.

“Əgər Rusiya prezidenti düşünürsə ki, bu müharibədə o, yalnız biz zəifləyənə qədər gözləmək lazımdır, deməli, səhv edib. Biz lazım olduğu qədər Ukraynanı dəstəkləyəcəyik. Biz birik: Almaniya və Fransa, Veymar üçbucağı, bütün Avropa Birliyi. Və bu, bizim bütün qərarlarımızla Rusiyaya göndərdiyimiz siqnaldır”, - Almaniya kansleri vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi