Modern.az

Putin qurumların rəhbərləri ilə terror aktını müzakirə etdi

Putin qurumların rəhbərləri ilə terror aktını müzakirə etdi

23 Mart 2024, 07:53

Rusiya hüquq-mühafizə orqanlarının rəhbərləri prezident Vladimir Putinə Moskva yaxınlığındakı “Crocus City Hall"da baş vermiş terror aktının təhqiqatı ilə bağlı hesabat veriblər.

 

Modern.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətindən bildirilib.

 

Tibb və regional hakimiyyət orqanları zərərçəkənlərə yardımdan bəhs ediblər.

 

Vladimir Putin baş nazirin müavini Tatyana Qolikova, səhiyyə naziri Mixail Muraşko və Moskva vilayətinin qubernatoru Andrey Vorobyovla danışıb. Onlar Vladimir Putinə terror aktından zərər çəkənlərə yardım üçün görülən tədbirlər barədə məlumat veriblər.

 

Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov, daxili işlər naziri Vladimir Kolokoltsev, İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin və Rusiya Qvardiyasının direktoru Viktor Zolotov prezidenti terror aktının istintaqının gedişi barədə məlumatlandırıblar.

 

Martın 22-də axşam saatlarında “Crocus City Hall”da konsert başlamazdan əvvəl bir qrup naməlum şəxs atəş açıb. Konsert zalının binasında yanğın başlayıb və partlayışlar baş verib. Rusiya İstintaq Komitəsi terror aktı ilə bağlı cinayət işi açıb. Son məlumatlara görə, terror aktı nəticəsində 60-dan çox insan həlak olub, 145-dən çox insan isə yaralanıb. Ölənlərin sayının artacağı istisna edilmir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Azərbaycanı təhdid etdi - Rusiya Zəngəzur dəhlizindən pay istəyir