Modern.az

Terrorçuların olduğu avtomobil belə saxlanılıb - FOTO

Terrorçuların olduğu avtomobil belə saxlanılıb - FOTO

23 Mart 2024, 13:42

“Crocus City Hall”da terror aktı törətməkdə şübhəli bilinən şəxslərin qaçdıqları avtomobil Ukrayna ilə sərhəd Bryansk vilayətində saxlanılıb.

 

Modern.az xəbər verir ki, terrorda şübhəli bilinən şəxslərin olduğu avtomobilin saxlanmasının təfərrüatları barədə Rusiyanın teleqram kanalları məlumat yayıb.

 

Belə ki, ağ rəngli “Renault” Bryansk vilayətinin Karaçinsk rayonunun Xatsun kəndi ərazisində saxlanılıb. Terrorçulardan bir nəfərinin hadisə yerinə saxlanıldığı, digərinin isə bir qədər sonra yaxalandığı bildirilib. Qalan şübhəli şəxslərin isə meşədə gizləndiyi qeyd olunub.

 

Onların avtomobilindən “PM” markalı tapança, “AKM” avtomatı, güllə daraqları Tacikistan vətəndaşının pasportu aşkarlanıb.

 

“Baza” teleqram kanalı Bryanskda saxlanılan şəxslərdən Muxammadsobir Fayzovun fotosunu yayıb.

 

Terrorçuların olduğu avtomobil belə saxlanılıb - FOTO

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?