Modern.az

Ərdoğan Putinə ZƏNG ETDİ 

Ərdoğan Putinə ZƏNG ETDİ 

23 Mart 2024, 19:35

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparıb.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.

 

Ərdoğan Moskvada baş verən terror aktına görə Putinə dərin hüznlə başsağlığı verib.

 

"Günahsız insanları alçaqcasına hədəf alan mənfur terror aktını ən sərt ifadələrlə qınayan, Rusiya xalqına başsağlığı və səbr diləyən prezident Ərdoğan hücumun bölgədəki böhranların bir an əvvəl sülh yolu ilə aradan qaldırılmasının vacibliyini ortaya qoyduğunu söyləyib", - açıqlamada bildirilib.

 

Ərdoğan Türkiyənin Rusiya ilə terrora qarşı mübarizə sahəsində əməkdaşlığı inkişaf etdirməyə hazır olduğunu qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?