Modern.az

Blinkendən Moskvadakı terror aktına REAKSİYA

Blinkendən Moskvadakı terror aktına REAKSİYA

23 Mart 2024, 21:14

Birləşmiş Ştatlar Moskva yaxınlığındakı "Crocus City Hall"da törədilən terror aktını qətiyyətlə pisləyir, həlak olanların və yaralananların ailələrinə başsağlığı verir.

 

Modern.az xəbər verir ki, bunu ABŞ Dövlət Katibi Entoni Blinken bildirib.

 

“Biz terrorizmin bütün formalarını pisləyirik və bu dəhşətli hadisə nəticəsində insan itkisi üçün yas tutan Rusiya xalqı ilə həmrəyik”, - Blinken deyib.

 

Qeyd edək ki, ötən gün axşam Moskvadakı “Crocus City Hall”da törədilən terror aktı nəticəsində ölənlərin sayı 133 nəfərə çatıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?