Modern.az

Bayden Putini “qəssab” adlandırdı

Bayden Putini “qəssab” adlandırdı

27 Mart 2024, 10:57

ABŞ prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putini növbəti dəfə təhqir edib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Şimali Karolinada seçicilər qarşısında danışan Bayden Rusiya liderini “qəssab” adlandırıb.

Amerikalı milyarderlərin vergilərinin artırılması ideyasını ifadə edən Ağ Evin rəhbəri bu vəsaitlərin Kiyevə kömək üçün gedə biləcəyini bildirib.

“Biz çox şey edə bilərik! Xüsusilə, nəhayət, biz Ukraynanı qəssab Putindən qorumağın qayğısına qalacağıq”.

2022-ci ilin yazında Bayden Rusiya prezidentini “ölümcül diktator” və “quldur” adlandırmışdı.

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?