Modern.az

Kütləvi məzarlıqda tapılanlardan yeddisi Xocalıda dəfn olunacaq - İcra başçısı

Kütləvi məzarlıqda tapılanlardan yeddisi Xocalıda dəfn olunacaq - İcra başçısı

27 Mart 2024, 14:06

Xocalıda kütləvi məzarlıqda tapılanlardan doqquz nəfərin DNT-si məlumdur.

 

Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Xocalı rayon icra hakimiyyətinin başçısı Şahmar Usubov deyib.

 

“Onlardan yeddisi bu yaxınlarda Xocalıda dəfn olunacaq. Artıq orada Şəhidlər xiyabanı salınır”, - deyə icra başçısı əlavə edib.

 

Xatırladaq ki, Xocalıda kütləvi məzarlıqda 18 nəfərin qalıqları aşkar edilib. Onlardan 9-nun adları məlum olub.

 

Həmin şəxslər aşağıdakılardır:

 

(Xocalı rayon sakinləri)
1. Əliyev Ağaəli Naib oğlu - 01.06.1933-cü il
2. Əliyeva Sürəyya Behbud qızı – 01.06.1933-cü il
3. Mahmudov Akif Seydulla oğlu – 01.06.1962-ci il
4. Səlimov Xəzər Səyavuş oğlu – 01.09.1974-cü il
5. Səlimova Tamilla Ağamirzə qızı – 01.06.1935
6. Nəcəfov Şiraslan Məmiş oğlu - 1952-ci il təvəllüdlü

 

(Xankəndi şəhər sakinləri)
6. Cavadov Əli Müsül oğlu - 15.06.1954-cü il
7. İsmayılov İsmayıl Bəhman oğlu – 01.08.1955-ci il
8. Məhərrəmova Bəsirə Vəli qızı - 01.06.1954-cü il

 

İstintaq materiallarına əsasən qeyd edilən şəxslərin hamısı 26.02.1992-ci il tarixdə Xocalı rayonu ərazisində itkin düşüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?