Modern.az

Aİ-nin Gürcüstandakı Monitorinq Missiyasına yeni rəhbər təyin edildi

Aİ-nin Gürcüstandakı Monitorinq Missiyasına yeni rəhbər təyin edildi

27 Mart 2024, 11:18

Avropa İttifaqı (Aİ) Şurası Gürcüstandakı Monitorinq Missiyasına yeni rəhbər təyin edib.

 

Modern.az xəbər verir ki, Monitorinq Missiyasının rəhbəri vəzifəsinə fransalı qadın general-mayor Bettina Boughani təyin olunub.

 

O, martın 21-dən dekabrın 14-dək missiyasının rəhbəri vəzifəsini icra edəcək.

 

Bildirilir ki, B.Boughani Fransa milli jandarmının zabitidir və bundan əvvəl BMT-də, həmçinin Fransa Daxili İşlər Nazirliyində yüksək vəzifələr tutub.

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?