Modern.az

“Crocus City Hall”dakı terrorda zərər çəkənlərin sayı artıb

“Crocus City Hall”dakı terrorda zərər çəkənlərin sayı artıb

27 Mart 2024, 14:30

Moskva yaxınlığındakı “Crocus City Hall” konsert komleksində törədilən terror aktından zərər çəkənlərin sayı 360 nəfərə çatıb.

Modern.az xəbər verir ki, Rusiya İstintaq Komitəsinin məlumatına görə, faciə zamanı 3-ü uşaq olmaqla 139 nəfər ölüb.

“Çərşənbə günü səhərə olan məlumata görə, terror aktı nəticəsində 360 nəfər, o cümlədən 11 uşaq yaralanıb”, - deyə Rusiyanın rəsmi qurumları bildirib.


Məlumata görə, 92 zərərçəkmiş xəstəxanaya yerləşdirilib, 63 nəfər artıq evə buraxılıb, 205 zərərçəkmişə isə ambulator yardım göstərilib.

Martın 22-də bir qrup silahlı şəxs “Piknik” qrupunun konserti başlamazdan əvvəl “Crocus City Hall”ın  foyesində və konsert zalının özündə insanlara atəş açıb.
 

Faktla bağlı cinayət işi açılıb. Terror aktını törədən 4 nəfər həbs edilib.

“Crocus City Hall”da terror aktını sifariş edən şəxs hələ ki müəyyən edilməyib. Rusiya FTX-nin rəhbəri Aleksandr Bortnikovun dediyinə görə, terror aktı Qərbin xüsusi xidmət orqanlarına və Ukraynaya sərfəli olub.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?