Modern.az

Türkiyədə ZƏLZƏLƏ

Türkiyədə ZƏLZƏLƏ

1 Aprel 2024, 17:10

Türkiyənin Balıkesir vilayətində yenidən zəlzələ olub.

 

Modern.az xəbər verir ki, bu barədə AFAD-ın rəsmi internet səhifəsində məlumat yayılıb.

 

Bildirilib ki, vilayətin Kepsut rayonunda baş verən yeraltı təkan Rixter şkalası üzrə 3.2 ballıq maqnituda ilə qiymətləndirilib.

 

Ocağı yerin 11.2 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?