31 martda keçirilmiş yerli seçkilərin nəticələrinə əsasən, Türkiyənin İstanbul Böyükşəhər Bələdiyyə Məclisinin tərkibi bəlli olub.
Modern.az xəbər verir ki, bu barədə İstanbul meri Ekrem İmamoğlunun müşaviri Murat Onqun X səhifəsində məlumat verib.
Belə ki, Cümhuriyyət Xalq Partiyası (CHP) 184, Ədalət və İnkişaf Partiyası (AKP) 130, Milliyyətçi Hərəkat Partiyası (MHP) isə 2 yerlə Bələdiyyə Məclisində təmsil olunacaq.
"İstanbul üçün xeyirli olsun", - deyə Onqun vurğulayıb.
Qeyd edək ki, Türkiyədə qanunvericiliyə əsasən, böyükşəhər statusuna malik olan vilayətlərdə Bələdiyyə Məclisinin tərkibi partiyaların vilayətin rayonlarında qazandığı bələdiyyələrə əsasən formalaşır.