Modern.az

Gürcüstanda uşaqlıq boynu xərçənginin müayinəsi ilə bağlı YENİLİK

Gürcüstanda uşaqlıq boynu xərçənginin müayinəsi ilə bağlı YENİLİK

2 Aprel 2024, 11:13

Gürcüstan uşaqlıq boynu xərçənginin yeni skrininq modelinə keçir.

 

Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, Hr-HPV DNT testi pulsuz pap-testinə əlavə edilib.

 

Bu, iki növ insan papillomavirusunun genetik materialının bədəndə olub-olmadığını müəyyən edə bilən xüsusi bir testdir. Layihə Tifilis bələdiyyəsinin dəstəyi ilə həyata keçirilir.

 

Yeni modelə görə, 25-29 yaş arası qadınlar pap-testindən, 30-60 yaş da daxil olmaqla Hr-HPV DNT testindən keçirlər.

 

Gürcüstanda hər il 200-ə yaxın qadın uşaqlıq boynu xərçəngindən ölür. 2017-ci ildən Gürcüstanda 9-14 yaşlı qızlar üçün papilloma virusuna qarşı pulsuz peyvənd etmək mümkündür.

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?