Modern.az

Gürcüstan millisinin baş məşqçisi nə qədər MAAŞ ALIR?

Gürcüstan millisinin baş məşqçisi nə qədər MAAŞ ALIR?

2 Aprel 2024, 12:26

Futbol üzrə Gürcüstan milli komandasının baş məşqçisi, fransalı Villi Sanolun aylıq məvacibi məlum olub.

 

Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, məbləğ 20 min avrodur.

 

"Bu adamda dəyər verdiyim odur ki, onun üçün heç vaxt pul və maliyyə birinci yerdə olmayıb. Onun aylıq maaşı 20 mindir. Ola bilsin, gürcü məşqçi tapa bilmədik ki, bu qədər məbləğ üçün məsuliyyət və öhdəlik götürsün”, - deyə Tiflis meri Kaxa Kaladze bildirib.

 

Vili Sannol 2021-ci ilin fevralından Gürcüstan millisinin baş məşqçisidir. Onun rəhbərliyi altında gürcü futbolçular 33 oyundan 16-da qalib gəlib, 12-də uduzub, 5 görüş heç-heçə başa çatıb və ilk dəfə Avropa çempionatında çıxış edəcəklər.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?