Modern.az

Tayvanda 7.5 bal gücündə ZƏLZƏLƏ

Tayvanda 7.5 bal gücündə ZƏLZƏLƏ

3 Aprel 2024, 07:50

Tayvanın şərq sahillərində baş verən 7,5 bal gücündə zəlzələdən sonra Yaponiyanın Okinava prefekturasının adaları üçün 3 metrlik sunami təhlükəsi yaranıb.

 

Modern.az-ın məlumatına görə, bu barədə Yaponiya Meteorologiya Xidməti bildirib.

 

Miyakodzima və Yaeyama adalarına sunami təsirinin təxmini vaxtı yerli vaxtla saat 09:10-dadır. Dalğanın sahilə çatıb-çatmadığı barədə hələlik məlumat yoxdur. Prefekturanın əsas adası Okinava ərazisində yerləşən adalar üçün yerli vaxtla saat 10:00-da sunami proqnozlaşdırılır.

 

Qeyd olunub ki, 7,5 bal gücündə zəlzələnin episentri Tayvanın şərq sahilləri yaxınlığında yerləşib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?