Qazaxıstan Respublikası Parlamenti Senatının ilk sədri, dövlət xadimi Baygeldi Ömürbek Astanada vəfat edib.
Modern.az xəbər verir ki, "Kazinform" agentliyi bu barədə Qazaxıstan Respublikası Senatının mətbuat xidmətinə istinadən məlumat yayıb.
Baygeldi Ömürbek 1996-1999-cu illərdə Senata sədrlik edib. O, 1939-cu ildə anadan olub. Əmək fəaliyyətinə kolxozda fəhlə kimi başlayıb.
1990-cı illərdə o, Cambil vilayət icraiyyə komitəsinin sədri, Cambil vilayəti administrasiyasının rəhbəri, Qazaxıstan Respublikası Prezidentinin müşaviri olub.
O, birinci, ikinci, üçüncü və dördüncü çağırış Qazaxıstan Respublikası Parlamenti Senatının deputatı olub. 16 ildən çox Parlament Senatında çalışıb.