Müttəfiqlər ABŞ-dakı seçkilərdə Donald Trampın qalib gələcəyi təqdirdə, Ukrayna Müdafiə Əlaqə Qrupunu (Ramşteyn formatı) NATO-nun nəzarətinə keçirməyi düşünür.
Modern.az xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.
Nəşr Avropa və Amerika rəsmilərinə istinadən yazır ki, belə bir qərar Donald Trampın yenidən prezident seçilməsi və Ukraynaya silah tədarükünə qarşı çıxacağı halda NATO üzvü olan ölkələrin daha çox söz sahibi olmasına imkan verəcək və Qərbin Ukraynaya qarşı dəstəyini gücləndirəcək.
Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. Krım isə 2014-cü ildə ilhaq olunub.