"Bakı ilə İrəvan arasında bütün ərazi mübahisələri və qarşılıqlı iddialar dövlət sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiya çərçivəsində həll edilməlidir".
Modern.az "Sputnik"ə istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova danışıb.
“İnanırıq ki, üçtərəfli mexanizmlərin ritmik işini bərpa etməyin vaxtı çatıb. Biz tərəfdaşlarımızı Rusiya Federasiyasının köməyi ilə ən çox problemin həlli yollarını axtaran öz effektivliyini sübut etmiş formatları bərpa etməyə çağırırıq”, - sözçü belə deyib.
O, Ermənistanın Rusiyaya məxsus "Mir" ödəniş sistemindən çıxması qərarını tənqid edib.