Modern.az

Ukrayna Krım körpüsü ilə bağlı yeni addımlara hazırlaşır - \"GUARDIAN\"

Ukrayna Krım körpüsü ilə bağlı yeni addımlara hazırlaşır - \

3 Aprel 2024, 16:55

"Ukrayna kəşfiyyatı Krım körpüsü ilə bağlı yeni addımlara hazırlaşır".

 

Modern.az xəbər verir ki, bu barədə "The Guardian" yazıb.

 

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin yüksək vəzifəli rəsmiləri qəzetə bildiriblər ki, zərbənin 2024-cü ilin birinci yarısında həyata keçirilməsi planlaşdırılır.

 

Nəşrin anonim həmsöhbətlərindən birinin sözlərinə görə, Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov Krım körpüsünü sıradan çıxarmaq üçün vəsaitin böyük hissəsinə artıq malikdir. Zərbənin pilotsuz uçuş aparatları vasitəsilə həyata keçirilə biləcəyi gözlənilir.

 

"The Guardian" əlavə edib ki, Krım körpüsünə zərbələr Volodimir Zelenski tərəfindən təsdiqlənən Rusiyanın Qara dənizdəki mövcudluğunu “minimumlaşdırmaq” planının bir hissəsidir.

 

Qeyd edək ki, Ukrayna ərazisi olan Krım 2014-cü ildə Rusiya tərəfindən ilhaq olunub. Sözügedən körpü bundan sonra inşa olunub.

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?