Modern.az

Erməniləri dəstəkləyən biznesmen “xarici agent” ELAN EDİLDİ

Erməniləri dəstəkləyən biznesmen “xarici agent” ELAN EDİLDİ

Dünya

6 Aprel 2024, 08:47

“Mən həm ruhən, həm də pullarımla ermənilərin tərəfindəyəm” deyən rusiyalı iş adamı Anastasiya Tatulova Rusiyada “xarici agent”lər siyahısına daxil edilib.

 

Modern.az xəbər verir ki, Rusiya Ədliyyə Nazirliyi 44 günlük İkinci Qarabağ müharibəsi dövründə sosial şəbəkədə status yazaraq, maddi və mənəvi cəhətdən erməni tərəfini dəstəklədiyini bildirən “Anderson” kafelər şəbəkəsinin rəhbəri Anastasiya Tatulovanı “xarici agent”lər siyahısına əlavə edib.

 

Xatırladaq ki, A.Tatulovanın 2020-ci ildə məlum statusundan sonra onunla franşiza müqaviləsi ilə Bakıda işləyən eyniadlı kafe əməkdaşlıqdan imtina edərək, bağlanmışdı.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?