Modern.az

Kartof anbarı çökdü - 2 ölü, 4 yaralı var

Kartof anbarı çökdü - 2 ölü, 4 yaralı var

Dünya

8 Aprel 2024, 16:47

Türkiyənin Niğde vilayətində kartof anbarının tikintisi zamanı baş verən çökmə nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb.

 

Modern.az TRT-yə istinadən xəbər verir ki, Çarıklı kəndində təbii kartof anbarının tikintisində yeraltı qazıntı zamanı çökmə yaşanıb.

 

Vəziyyəti görən və yerin altından çıxmağa çalışan fəhlələr uçmanın yaratdığı təzyiq nəticəsində çölə tullanıb.

 

Əraziyə qüvvələr cəlb olunub. Yaralılar xəstəxanaya çatdırılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?