Modern.az

Mirzoyan MDB iclasında iştirak edəsi olmadı

Mirzoyan MDB iclasında iştirak edəsi olmadı

8 Aprel 2024, 22:52

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etməyəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib.

 

Qeyd edək ki, iclas aprelin 12-də Minskdə keçiriləcək.

 

Bundan əvvəl Ermənistan MDB ölkələrinin İqtisadi Şurasının Moskvada keçiriləcək 101-ci iclasına da yüksək səviyyəli nümayəndə heyətini göndərməkdən imtina edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?