Modern.az

\"Makron odla oynayır\" - Rusiya XİN

\

9 Aprel 2024, 09:43

Fransa prezidenti Emmanuel Makron Ukraynaya hərbi personalın göndərilməsi ilə bağlı müzakirələrə başlamaqla odla oynayır. 

 

Modern.az xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə ikinci departamentinin rəhbəri Aleksey Polişçuk deyib.

 

"Belə söhbətlər narahatlığa səbəb olmaya bilməz. Ukraynaya hərbi müdaxiləyə çağıran siyasətçilər odla oynayırlar", - diplomat Fransa liderinin müvafiq bəyanatlarını şərh edərkən bildirib.

 

Onun sözlərinə görə, bir çox Qərb siyasətçiləri öz ölkələrinin milli maraqlarını siyasi vəziyyətə və seçki maraqlarına qurban verirlər: "Onlar böhranın eskalasiyası və böyüməsi risklərini dərk etmirlər. Bu, siyasi infantilizmdir. Kiyev rejiminə silah tədarükünün davam etdirilməsinin nəticələri ilə bağlı xəbərdarlıqlarımıza məhəl qoyulmur".

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?